Bakıda orta yaşlı kişini yük maşını vuraraq qaçıb


Digərləri 14 Noy 2017 08:44:00 298 0

Bakıda orta yaşlı kişini yük maşını vuraraq qaçıb

Hadisə Türkan qəsəbəsində piyada yolu keçmək istəyən zaman baş verib

Bakının Xəzər rayonunda piyadanı yük maşını vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 1985-ci il təvəllüdlü Məmmədov Tərlan Ağasalam oğlu Türkan qəsəbəsində yolu keçmək istəyən zaman qeydə alınıb. "Shacman" markalı yük avtomobili onu vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Xəzər Rayon Polis İdarəsində araşdırılır.