“Kosmik zibil”i izləmək üçün radar hazırlanıb


Digərləri 14 Noy 2017 08:46:00 257 0

“Kosmik zibil”i izləmək üçün radar hazırlanıb

Yaponiya Müdafiə Nazirliyi 2023-cü ilədək ölkədə Yer orbitində "kosmik zibil"in müşahidəsi üçün nəzərdə tutulan ilk radarı quraşdırmağı planlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, radar Yaponiya özünümüdafiə qüvvələrinin qərbi Yamaquti prefekturasında yerləşən obyektlərindən birində yerləşəcək. Onun əsas vəzifəsi bilavasitə toqquşma təhlükəsiz yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanın əldə edilməsi olacaq. Radardan, həmçinin kosmik aparatların məhvi üçün mümkün silah tətbiqinin monitorinqi üçün istifadə planlaşdırılır.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlərə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi vəsait məbləğinin 2018-ci maliyyə ili (1 aprel 2018-ci il) üçün dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir.  

BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın "kosmik zibil" obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində "zibil"in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.