Azərbaycana gələn əcnəbilərin sayı artıb


Digərləri 13 Noy 2017 17:55:00 274 0

Azərbaycana gələn əcnəbilərin sayı artıb

10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20.1% artıb.

Son.az bildirir ki, mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycana 2 276 604 nəfər xarici ölkə vətəndaşı gəlib. Onlardan 727 577 Rusiya, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14 faiz və 10.9 faiz təşkil edib.