Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Bəhreyndə olub


Digərləri 13 Noy 2017 17:53:00 369 0

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Bəhreyndə olub

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreynə səfər edib.

Bakı. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreynə səfər edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirən heyət üzvləri eyni zamanda bir sıra mədəni tədbirlərdə də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak edib. Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri Şeyxa May bin Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxış edərək qeyd edib ki, son illərdə Bəhreyndə həm tarixi abidələrin bərpası həm də yeni muzeylərin açılışları olub. Həmçinin vurğulanıb ki, Bəhreynə turist səfərlərinin sayının artması nəticəsində belə obyektlərə maraq artıb. Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyi bildirilib.