“Manchester United”in sabiq futbolçusu ağır xəstəliyə tutuldu


İdman 13 Noy 2017 16:31:00 269 0

“Manchester United”in sabiq futbolçusu ağır xəstəliyə tutuldu

“Manchester United”in sabiq futbolçusu Liam Millerdə ağır xəstəlik aşkarlanıb.

Goal.az xəbər verir ki, 36 yaşlı irlandiyalı yarımmüdafiəçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi məlum olub.

Artıq bir sıra klub və futbolçular sosial şəbəkə vasitəsilə Millerə dəstəklərini nümayiş etdiriblər. “Manchester United”in rəsmi “Twitter” hesabında da üzücü xəbərlə bağlı paylaşım edilib. İngiltərə təmsilçisi bəyan edib ki, klub olaraq hazırda ABŞ-da müalicə alan futbolçunun və onun ailəsinin yanındadırlar.