Partiya üzvü qadına qarşı əxlaqsızlıqda günahlandırılır FOTO


Dünya 04 Noy 2017 12:10:00 288 0

Partiya üzvü qadına qarşı əxlaqsızlıqda günahlandırılır  FOTO

Hollivudda məşhurlarla bağlı yayılan təcavüz iddiaları, əxlaqsızlıqla üzləşən qadın siyasətçiləri də ilhamlandırıb.

Son.az The Independent-ə istinadla xəbər verir ki, Britaniyada "Labour" partiyasının üzvü konfransda qadına qarşı əxlaqsızlıq etməkdə günahlandırılır.

İddialara görə, partiyanın illik hesabatı ilə bağlı keçirilən konfrans zamanı tədbirə qatılan qadınlardan biri Clive Lewis-in (Klayv Luis) əxlaqsızlığı ilə üzləşib. Belə ki, qadın Klayvla görüşən zaman o, qadını qucaqlayıb və arxasına toxunub.

Həmin partiyanın üzvü olan qadın iddia edir ki, hadisə təklikdə deyil, digər siyasətçilərin gözü qarşısında olub.

Klayv Luis iddialarla bağlı açıqlama verib. O, deyilənləri təkzib edib.


Xəbərə aid fotolar