İraq İŞİDdən azad edilib


Dünya 04 Noy 2017 08:43:00 262 0

İraq İŞİDdən azad edilib

İraq "demək olar ki, tamamilə" İŞİD terror qruplaşmasından azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bəyanatında deyilir.

Bəyanatda deyilir: "Əl-Kami rayonunun azad edilməsi İŞİD-ə qarşı keçirilən kampaniyada mühüm rol oynayır. İraq təhlükəsizlik qüvvələri qlobal koalisiyanın dəstəyi ilə demək olar ki, İraqın bütün ərazisini İŞİD-dən azad ediblər".

Qeyd edək ki, İraq hərbçiləri pktyabrın 3-ü Suriya ilə sərhəddə yerləşən Əl-Kami şəhərini azad ediblər.