Saxalin sahillərində minlərlə dəniz ulduzu tələf olub - VİDEO


Dünya 04 Noy 2017 08:27:08 267 0

Saxalin sahillərində minlərlə dəniz ulduzu tələf olub - VİDEO

KİV buna zəlzələnin səbəb olduğunu yazır

Rusiyanın Saxalin adası sahillərində minlərlə dəniz ulduzu tələf olub.

“Report” xəbər verir ki, KİV buna noyabrın 1-nə keçən gecə Saxalinin cənubunda baş verən zəlzələnin səbəb olduğunu yazır.

Yerli sakinlər əvvəllər belə bir hadisənin şahidi olmadıqlarını bildiriblər.

Bununla belə, mütəxəssislərin fikrincə, burada qeyri-adi heç nə yoxdur.