Ərdoğan: "Türkiyə İraq və Suriyada terrorçuları məhv etməyi davam etdirəcək"


Dünya 04 Noy 2017 03:52:30 284 0

Ərdoğan: "Türkiyə İraq və Suriyada terrorçuları məhv etməyi davam etdirəcək"

"Biz terrorçuların aşkar olunan istənilən düşərgəsini məhv edəcəyik"

Türkiyə İraq və Suriyada terrorçuların məhv edilməsi üzrə əməliyyatları davam etdirəcək.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz İraq və Suriyada terrorçuların aşkar olunan istənilən düşərgəsini məhv edəcəyik", — deyə "Anadolu" onun sözlərini sitat gətirib.

Prezident qeyd edib ki, terroru dəstəkləyənlər özləri terrorçudurlar.