Puçdemon Kataloniyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir


Dünya 03 Noy 2017 22:39:40 265 0

Puçdemon Kataloniyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir

"Mən namizəd olmaq istəyirəm"

İspaniyanın Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon dekabrın 21-də keçiriləcək regional seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, o bunu Belçikanın RTBF telekanalına müsahibəsində deyib.

"Mən namizəd olmaq istəyirəm", — deyə Puçdemon bildirib.

Bundan əvvəl İspaniyanın baş naziri Mariano Raxoy hökumətin Kataloniya parlamentini buraxmaq və dekabrın 21-də regionda seçkilər təyin etmək qərarına gəldiyini bəyan edib.