Tanınmış aparıcıdan növbəti qalmaqal: Terrorçulara rəhmət oxudu


Dünya 03 Noy 2017 19:12:00 296 0

Tanınmış aparıcıdan növbəti qalmaqal: Terrorçulara rəhmət oxudu

"Fox TV"nin aparıcısı Fatih Portakalın veriliş zamanı söylədiyi sözlər izləyicilərin tənqid atəşinə tuş gəlib.

Mİlli.Az yeniçağ.az-a istinadən xəbər verir ki, işlətdiyi ifadələrlə tez-tez gündəmə gələn aparıcı bu dəfə də PKK terrorçularının öldürülməsi xəbərini verərkən "Allah rəhmət eləsin" deyib. Bütün ölkə Hakkarinin Şemdinli bölgəsində 9 əsgərin şəhid omasına yas saxlayarkən, aparıcının belə bir ifadə işlətməsi izləyiciləri olduqca qəzəbləndirib.

Qeyd edək ki, Fatih Portakal daha əvvəl də canlı yayımda PKK barədə dediyi sözlərə görə tənqid obyektinə çevrilmişdi: "Əgər PKK olmasaydı, türkmənlər İŞİD tərəfindən öldürülərdi. Buna görə də Türkiyə PKK-ya təşəkkür etməlidir."