Moskvanın mərkəzində atışma olub, iki nəfər xəstəxanaya çatdırılıb


Dünya 03 Noy 2017 16:42:09 294 0

Moskvanın mərkəzində atışma olub, iki nəfər xəstəxanaya çatdırılıb

Şübhəli şəxs hadisə yerindən qaçıb

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən kafedə kişi travmatik silahdan atəş açıb, iki nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə kafeyə gələn müştərilər arasında münaqişə zəminində baş verib.

Belə ki, Mıtnoy küçəsindəki kafedə müştərilərin mübahisəsi zamanı onlardan biri silahını çıxararaq əks düşərgədəki iki nəfərə atəş açıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Şübhəli şəxs hadisə yerindən qaçıb, polis onun yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.