Moskvada Dövlət Təsviri İncəsənət Muzeyində yanğın olub


Dünya 03 Noy 2017 16:29:51 307 0

Moskvada Dövlət Təsviri İncəsənət Muzeyində yanğın olub

Hadisə yerində 10 yanğınsöndürən və xilasedicilər cəlb edilib

Moskvanın mərkəzində A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət şəxsi kolleksiyalar muzeyinin binasının dam örtüyü yanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, bu, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin əsas binasının yanında yerləşir.

Hadisə yerində 10 yanğınsöndürən və xilasedicilər cəlb edilib.