MDB Hökumət Başçıları Şurasının növbəti iclası iyunun 1-də Düşənbədə keçiriləcək


Dünya 03 Noy 2017 13:13:10 288 0

MDB Hökumət Başçıları Şurasının növbəti iclası iyunun 1-də Düşənbədə keçiriləcək

MDB ölkələrinin hökumət başçıları Daşkənd görüşünün yekununda bir sıra sənədlər imzalayıb

MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası gələn il iyunun 1-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev Şuranın iclasında bildirib.

MDB ölkələrinin hökumət başçıları bu gün Daşkənddə keçirilən görüşünün yekununda beynəlxalq kartellərə qarşı effektiv mübarizə məqsədilə dünya ictimaiyyətinin səylərinin birləşdirilməsi barədə bəyanat qəbul edib. Həmçinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə, eləcə də onların maliyyələşdirilməsi sahəsində MDB çərçivəsində informasiya mübadiləsi haqqında saziş imzalanıb.

Bundan əlavə, baş nazirlər MDB-yə üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün təxsisatlardan istifadə haqqında qərarı imzalayıblar, 2018-ci ildə MDB-yə üzv ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün təxsisatların ayrılması barədə qərar qəbul ediblər.