Bəzi məscidlərdə qiblənin istiqaməti səhv ola bilərmi?


Digərləri 29 Okt 2017 19:20:00 254 0

Bəzi məscidlərdə qiblənin istiqaməti səhv ola bilərmi?

Qədim məscidlərdə qiblənin bir qədər sağa və ya sola əyilməsi mümkündür, çünki o dövrlərdə kompassız, təqribi şəkildə qiblənin hansı istiqamətdə olmasını müəyyənləşdirib məscid tikirdilər.

Son.az zikr.az-a istinadən bildirir ki, bu fərq bir neçə dərəcə təşkil edəndə ciddi xəta sayılmır, lakin qiblənin istiqamətində nəzərə çarpacaq dərəcədə istiqamət fərqi hiss olunursa, bu zaman qiblənin istiqamətini düz hesablayıb namazları bu istiqamətdə qılmaq lazımdır. Belə məscidlərdə məscid tikilən istiqamətə yox, qibləyə yönələrək namaz qılınır. Hər bir halda bunu məscidin imamından dəqiqləşdirin.