Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək


Digərləri 29 Okt 2017 16:10:00 261 0

Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək

Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu məqsədlə İğdırda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və tədbir iştirakçıları əvvəlcə Heydər Parkını ziyarət edib, Ümummilli Liderimizin büstü önünə əklil qoyublar. Tədbir iştirakçıları həmçinin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün büstünün önünə də əklil qoyublar.

Sonra öz işinə başlayan Türkiyə-Azərbaycan biznes forumunda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib.

İğdır valisi Ənvər Ünlü tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyini, biznes forumun İgdırda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Türkiyənin İğdır bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının bir sıra konkret sahələr üzrə birgə layihələrin həyata keçirilməsini təklif edib.

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında növbəti Türkiyə-Azərbaycan biznes forumunun İğdırda keçirilməsindən və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüblər. İki ölkə arasında qardaşlıq əlaqələrindən danışan Nihat Zeybəkçi Türkiyə Nazirlər Kabinetinin qərarı ilə 29-10-2017-02Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verildildiyi, bu qərarın ticarət əalqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

Türkiyə Cümhuriyyətinın yaranması günü münasibətilə Türkiyə tərəfini təbrik edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünyada bir örnəkdir və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi və irəli sürdükləri təşəbbüslər mühüm rol oynayır. Növbəti dəfə keçirilən Türkiyə-Azərbaycan biznes forumu da ölkələrimiz arasında əməkdaşlığın nə qədər güclü olduğunu bir daha təsdiq edir və ticarət əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. İğdırın Naxçıvan Muxtar Respublikası vasitəsilə olmaqla 29-10-2017-03Azərbaycanla Türkiyənin yeganə sərhəd bölgəsi olduğunu qeyd edən nazir Şahin Mustafayev Türkiyənin hər zaman Naxçıvana dəstək göstərdiyini, blokadada olan Naxçıvanın 90-cı illərin əvvəllərində qarşılaşdığı çətinliklərdən çüxmasında Türkiyə ilə olan əlaqələrin, xüsusilə Ümummilli Lider Heydər Əliyevin böyük səyi və Türkiyənin dəsytəyi ilə ərsəyə gəlmiş "Ümid" körpüsününün mühüm əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, 2016-cı ildə Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında dövlət başçılarının təşəbbüsü ilə Naxçıvan istehsalı olan məhsulların Türkiyəyə ixracına iş adamları birlikləri vasitəsilə dəstək verilməsi məsələsi imzalanmış protokolda öz əksini tapıb. Bu müddət ərzində bu tapşırığın icrası məqsədilə bir sıra görüşlər keçirilib, Naxçıvana səfərlər təşkil edilib. Azərbaycan bu istiqamətdə Türkiyənin atdığı addımları yüksək qiymətləndirir.