Quşçuluq fermasında yandı: 10 min quş tələf oldu


Digərləri 29 Okt 2017 15:07:00 257 0

Quşçuluq fermasında yandı: 10 min quş tələf oldu

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.

Son.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.

İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.