Somalidə partlayışda ölənlərin sayı 25-ə çatıb


Digərləri 29 Okt 2017 10:43:44 319 0

Somalidə partlayışda ölənlərin sayı 25-ə çatıb

Somali paytaxtında mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb

Somali paytaxtında mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb. Son.az trend-ə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir. Daha əvvəl 10 nəfərin öldüyü və 15 yaralının olduğu haqda xəbər verilirdi. Qeyd edək ki, hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə olan partlayıcı qurğunu işə salıb. Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.