Salyanda ikimərtəbəli ev yanıb


Digərləri 29 Okt 2017 08:55:02 384 0

Salyanda ikimərtəbəli ev yanıb

Salyan rayonunda yanğın olub.

Bakı. Salyan rayonunda yanğın olub. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin