Boksçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub


Digərləri 29 Okt 2017 00:53:57 328 0

Boksçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Bakı. Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Trend-in məlumatına görə, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub. Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb. Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin