Lotu Qulinin dəhşətli tələbi: “Qadının həbsxanaya gəlməlidir...” FOTO


Digərləri 28 Okt 2017 23:59:00 478 0

Lotu Qulinin dəhşətli tələbi: “Qadının həbsxanaya gəlməlidir...”  FOTO

Azərbaycanda uzun müddət - deyilənə görə, 22 il - həbsxanada yatan və bu günlərdə azadlığa buraxılan, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifovun ətrafındakı adamlarına və qohumlarına da, necə deyərlər, həyat asan keçməyib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 1994-cü ildə həbs edilən Lotu Qulinin mühakimə olunduğu ilk qohumu - qardaşı Müşfiq olub. 2005-ci ildə həbsə alınan Müşfiq Səlifov Lotu Quli ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.

Müşfiqin həbsi cəza müddətinin başa çatmasına az qalmış Lotu Qulinin həbs müddətini uzatmağa yonəlmişdi. Beləliklə, Lotu Quli və qardaşı 2006-ci ildə məhkum olundular.

Həmin istintaq materiallarına əsasən, 2001-ci ilin mayında Nadir Səlifov ona kartda 280 min manat uduzmuş bir məhbusun şərəf və ləyaqətini təhqir edib.

Lotu Qulinin qardaşı və bibisi oğlu nədə ittiham edilib?

Guya Nadir Səlifov mobil telefonla uduzan şəxsin həyat yoldaşına zəng edərək ərini öldürməklə hədələyib və qadından həbsxanaya gəlməyi tələb edib. İddia olunur ki, qeyri-qanuni yolla qadını içəri keçirən Səlifov onu orada dəfələrlə zorlayıb.

Rəsmi sənədlərə görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora, adları istintaq məlum olan 8 qadının gətirilməsinə nail olub. Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur.

2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 2007-ci ildə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Səlifov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetini məhkəməyə verib.

İddiada Müşfiq Səlifov pozulmuş təhsil hüquqlarının bərpasını xahiş edib. Həbs olunarkən BDU-nun hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Müşfiq Səlifovun təhsilini davam etdirməsi üçün şərait yaradılmayıb.

Lotu Quli həbsxanada cəza çəkdiyi müddətdə onun yaxın qohumlarından biri - bibisi oğlu Ərşad Qəhrəmanov da mühakimə olunub. O, Azərbaycan həbsxanalarından birində cəza çəkdiyi müddətdə Lotu Qulidən sifariş almaqda, məhkumları ayağa qaldırmaqda suçlu bilinib.

Kirvəsi və bacısının əri də tutuldu

Mühakimə olunanlar arasında Lotu Qulinin kirvəsi Məhəbbət Namazov da var. O, 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Məhəbbət Namazovun işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Lotu Qulinin yeznəsi Vidadi Hüseynov ötən illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Narkotik ittihamında həbs olunan Vidadi Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Onun cəzası 30 aprel 2016-cı ildən hesablanıb.

1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib. Qərara görə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilib və saxlandığı istintaq təcridxanasından sərbəst buraxılıb. Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq.

Xatırladaq ki, 2015-ci ildə Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.

Lotu Qulinin 9 tərəfdarı mühakimədə

"Bulaq" restoranındakı hadisəyə görə Lotu Qulinin daha 9 tərəfdarı içəri atılıbb.

Həbs olunanlarla kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında silahlı insident baş verib. İnsident zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

"Bulaq" restoranında baş vermiş münaqişə zamanı "Makarov" markalı tapançadan atəş açaraq Fuad Əkbərov və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.

İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.

Qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu və digər rayonlarında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə seçilən 42 nəfər həbs edilib.

Lotu Qulinin kassirləri

Həbs olunanlar arasında Lotu Qulinin tərəfdarları - "Pepi"' ləqəbi ilə tanınan Pərviz və "Qusik" kimi məhşur olan Hüseynin də adı keçir. Lotu Qulinin həbs olunan adamlarına liderliyi Namiq İbayev edib. Əməliyyat zamanı Namiq İbayev də həbs olunub.

2015-ci ilin yanvarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Lotu Qulinin tərəfdarlarının həbs edilməsi üçün əməliyyat keçirib.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunublar, Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar" aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər. Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.


Xəbərə aid fotolar