İsmayıllıda yanğın olub


Digərləri 28 Okt 2017 23:46:00 275 0

İsmayıllıda yanğın olub

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.

Son.az FHN-nin saytına istinadən bildirir ki, yanğın ümumi sahəsi 600 m2 olan tikilidə baş verib. Nəticədə tikilinin dam örtüyü 300 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.