Volvo yeni krossover təqdim etdi FOTO


Digərləri 28 Okt 2017 23:05:00 375 0

Volvo yeni krossover təqdim etdi  FOTO

Volvo Milanda keçirilən qapalı tədbirdə yeni krossover - XC40 təqdim edib. Avtomobil İsveç brendinin yolsuzluq avtomobili sırasında ən kiçiyidir və krossover XC60-dan bir pillə aşağıda yer alıb. İlk avtomobillər rəsmi dilerlərin salonlarına 2018-ci ilin ikinci rübündə çatdırılacaq.

Son.az auto.az-a istinadən bildirir ki, XC40 yeni CMA (Compact Modular Architecture) modul platformasında yığılıb. Onun kapotu altında 2-litrlik, 190-dan 245 a.g.-ə qədər gücü olan Drive_e ailəsinə məxsus dizel və benzin mühərriklər yerləşdirilib. Mühərrik ya 6-pilləli mexanika, ya da 8-pilləli avtomatla birgə çalışır.

Bir qədər sonra krossoverdə ən yeni 3-silindrli benzin mühərrik olacaq, o cümlədən hibrid və tam elektrik modifikasiyalı versiyalar da düzəldiləcək.

XC40 Volvo-nun ilk modeli olacaq ki, o, abunə servisindən - Care by Volvo-dan yararlanacaq. Bu xidmət vasitəsilə müştərilər aylıq abunə dəyəri ödəməklə avtomobili uzunmüddətli kirayəyə götürə biləcəklər ki, beləliklə onlar təmir və s. gözlənilməz xərclərdən özlərini qoruya biləcəklər.


Xəbərə aid fotolar