Malqara oğurluğu edən dəstə saxlanıldı


Digərləri 26 Okt 2017 18:30:00 290 0

Malqara oğurluğu edən dəstə saxlanıldı

Qazaxda mal-qara oğuluğu edən dəstə saxlanılıb.

Son.az DİN-ə istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.

Rayonun Fərəhli kənd sakinləri Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək onlara məxsus 5 baş iribuynuzlu heyvanın oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Cəlilabad rayonunun Alar kənd sakinləri Kainat Əliyev və qardaşı Əzizin ətrafında aparılan tədbirlərlə onlara bu cinayətdə daha iki nəfərin köməklik etdiyi məlum olub. Görülmüş tədbirlərlə Fərəhli kənd sakini Tural Nəbiyev və Cəlilabad rayonunun Alar kənd sakini Gəray Eyvazov da şübhəli şəxs qismində saxlanılıblar.