Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi FOTO


Siyasət 26 Okt 2017 18:26:00 254 0

Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq müzakirə edildi  FOTO

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı"na uyğun olaraq Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid foto