Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir


Siyasət 26 Okt 2017 18:11:00 296 0

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Son.az