Bakıda zibillikdə naməlum əşya tapılıb (FOTO)


Digərləri 26 Okt 2017 18:10:00 208 0

Bakıda zibillikdə naməlum əşya tapılıb (FOTO)

Xəzər rayonu ərazisində 1 ədəd mərmiyə bənzər əşyanın aşkar olunması barədə məlumat daxil olub.

Bakı. Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bakı şəhəri, Xəzər rayonu ərazisində 1 ədəd mərmiyə bənzər əşyanın aşkar olunması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri ilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən məişət tullantıları ərazisində aşkar olunmuş 1 ədəd naməlum obyektə baxış keçirilib, hərbi sursat olmadığı aşkar edilərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin