Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib


Siyasət 26 Okt 2017 18:04:09 245 0

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Məktub Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, dövlət başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.