Dəhşətli qəzalar 2 nəfərin canını aldı: 2 yaralı VİDEO FOTO


Digərləri 26 Okt 2017 17:56:00 316 0

Dəhşətli qəzalar 2 nəfərin canını aldı: 2 yaralı  VİDEO  FOTO

Goranboy rayonunun Borsunlu kəndində "Mercedes" markalı avtomobil yolu keçən 16 yaşlı Rəşad Babayevi vurub. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, yaralı yeniyetmə hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılsa da həkimlər onun öldüyünü müəyyən ediblər.

Şirvan şəhərində də piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Şəhər ərazisində Kamil Mirzəyev idarə etdiyi "Otokar" markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Paytaxtın Binəqədi rayonunda isə 34 yaşlı Nazim Qasımovu yolu keçərkən minik avtomobili vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıblar. Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


Xəbərə aid fotolar