Xəzər İbrahim etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib


Siyasət 26 Okt 2017 17:37:39 281 0

Xəzər İbrahim etimadnaməsini Rəcəb Tayyib Ərdoğana təqdim edib

Azərbaycan səfiri vəzifəsinin icrasına başlayıb

 Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

X.İbrahim Türkiyə prezidentinə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını təqdim edib.

R.T.Ərdoğan Azərbaycan səfiri və onu müşayət edənlərlə xatirə fotosu çəkdirib.