Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq üzrə danışıqlar keçirilib


Digərləri 26 Okt 2017 17:47:13 270 0

Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq üzrə danışıqlar keçirilib

Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Bakı. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin