Bakıda Yaponiya məhsullarının sərgisi keçiriləcək


İqtisadiyyat 26 Okt 2017 17:29:47 268 0

Bakıda Yaponiya məhsullarının sərgisi keçiriləcək

Sərgidə 60-dan çox şirkət iştirak edəcək

Bakı. 26 oktyabr. REPORT. AZ/ Oktyabrın 27-28-də Bakıda Yaponiya məhsullarının sərgisi keçiriləcək. Sərgidə 60-dan çox şirkətdən 200 nümayəndə iştirak edəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Yaponiya Məhsulları Sərgisinin (Japan Expo) Təşkilat Komissiyasının sədri Kazuyasu İşida məlumat verib.

"Bu dəfə Yaponiyadan Azərbaycana 200 nəfərdən ibarət qrup gəlib. Yaponiya məhsulları sərgisi yapon və azərbaycanlıları bir-birinə daha da yaxınlaşdıracaq. Sərgidə, əsasən, Yaponiyanın yüngül sənaye, kosmetika şirkətləri təmsil olunur", - deyə Komissiya sədri əlavə edib.

AzTV-nın çəkiliş şöbəsinin rəhbəri Faiq Hüsiyev bildirib ki, 2006-ci ildə Azərbaycan Prezidentinin Yaponiyaya səfəri əməkdaşlığı yeni mərhələyə yüksəldib: "Yaponiya Qafqazda ilk səfirliyini Azərbaycanda açıb. Bunu Yaponiyanın Azərbaycana diqqəti kimi göstərə bilərik. Hazırda Yaponiyada Azərbaycan səfirliyi ilə yanaşı, Yaponiya- Azərbaycan Dostluq Mərkəzi də fəaliyyət göstərir".

Azərbaycandan Yaponiyaya, əsasən, qida və kənd təsərrüfatı məhsulları, oradan isə Azərbaycana, əsasən, sənaye məhsulları ixrac olunur.