Bərdədə tapança və qumbara gəzdirən şəxs saxlanılıb


Digərləri 26 Okt 2017 17:34:46 248 0

Bərdədə tapança və qumbara gəzdirən şəxs saxlanılıb

Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılıb.

Bakı. Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Abbasovu idarə etdiyi “Mitsubishi” markalı avtomobillə birlikdə saxlayaraq Polis Şöbəsinə gətiriblər. Baxış zamanı onun üzərindən nömrəsi silinmiş “Naqan” tipli tapança, 1 ədəd patron və 1,9 qram heroin aşkar edilib. “Mitsubishi” markalı avtomobilə baxış keçirən polis əməkdaşları oradan “F-1” qumbarası, 1 ədəd bıçaq və 1 ədəd dəmir ling də aşkar edərək götürüblər. Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin