Qaçan məhbuslardan biri tutuldu


Digərləri 26 Okt 2017 17:21:32 235 0

Qaçan məhbuslardan biri tutuldu

Qatardan qaçan dustaqlardan biri, Əli Ağami saxlanılıb.

Son.az xəbər verir ki, Penitensiar Xidmətin Mətbuat Xidmətindən qafqazinfo-ya verilən məlumata görə, bu gün Penitensiar xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçan, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.