Nazirlik: Qaçan məhbuslardan biri saxlanılıb


Digərləri 26 Okt 2017 17:23:00 289 0

Nazirlik: Qaçan məhbuslardan biri saxlanılıb

Oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsdən biri saxlanılıb.

Bakı. Oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsdən biri saxlanılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəxslərin axtarışı üzrə təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Oktyabrın 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həbsdən qaçmış Əli Rasim oğlu Ağami tutularaq istintaq təcridxanasına yerləşdirilib. Digər təqsirləndirilən şəxs E.Ə.Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin