""Abşeron" yatağının ehtiyatları qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq" FOTO


Digərləri 26 Okt 2017 16:51:00 303 0

""Abşeron" yatağının ehtiyatları qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq"  FOTO

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Total" şirkətlər qrupunun Bakıda səfərdə olan Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın qaz potensialının reallaşdırılmasında "Total"ın rolunu yüksək qiymətləndirən nazir deyib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq.

P.Şahbazov nəqletmə infrastrukturunun yaradılması və şaxələndirilməsinin isə qaz yataqlarının işlənməsində, bu sahəyə sərmayə cəlbində mühüm amillərdən olduğunu bildirib. Nazir müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəsini tətbiq etməklə "Total"ın "Abşeron" yatağı üzrə işləri sürətləndirəcəyinə, bu yataqdan qaz hasilatının nəzərdə tutulan vaxtda başlayacağına ümidini ifadə edib.

"Total" şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti B.Klement isə "Abşeron" yatağının işlənməsi proqramı, birinci mərhələ üzrə aparılacaq kəşfiyyat-qazma işləri, hasil olunacaq qaz və kondensatın həcmi barədə ətraflı məlumat verib. O, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Bildirib ki, bu faza üzrə təxminən 5 milyard kubmetr həcmində qazın hasili planlaşdırılır.


Xəbərə aid fotolar