Paytaxtdakı ət dükanlarında reyd keçirilib


Digərləri 26 Okt 2017 16:55:00 214 0

Paytaxtdakı ət dükanlarında reyd keçirilib

Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçirilib.

Bakı. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 25-də paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər. DİN-dən Trend-ə verilən məlumata görə, reyd zamanı bir neçə mağaza sahibi - Nərimanov rayonu ərazisində Seyidəli Abdullayev, Yasamal rayonu ərazisində Namiq Əliyev və Binəqədi rayonu ərazisində Şakir Güləliyev özlərinə məxsus ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyi pozduqları üçün, habelə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ət satışı mağazalarının sahibləri - Kamran Beydiyev və Nüsrətdin Hacıyev küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin