Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb


Dünya 26 Okt 2017 16:47:17 281 0

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb

Vəzifəsindən azad olunan diplomatlar Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazeta”da dərc olunub. 

Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb.

Geri çağrılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Ankaranın Beliçikadakı səfiri Mehmet Hakan Olcay da geri çağırılıb və Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin edilib.

Rəsmi Ankara ümumilikdə 21 ölkəyə isə yeni səfir təyin edib.