Daha bir offşor qalmaqalı yaxınlaşır


Dünya 26 Okt 2017 16:43:00 272 0

Daha bir offşor qalmaqalı yaxınlaşır

Bermud adalarında qeydiyyatdan keçmiş "Appleby" şirkəti öz müştərilərini onların offşor aktivlərinə dair məlumatların yayılması təhlükəsi ilə bağlı xəbərdar edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Bermud,Virgin və Kayman adaları offşor zonalarında şirkətlərin qeydiyyatı ilə məşğul olan bu şirkət ehtimal edir ki, müştərilərin məxfi məlumatlarını ötən il hakerlər ələ keçirib.

Qeyd olunur ki, offşorlar barədə məlumatlar yaxın vaxtlarda yayıla bilər. "Appleby" öz müştərilərinə tövsiyə edir ki, indidən hüquqi müdafiəyə hazırlaşsınlar və öz imiclərini müdafiə etmək üçün PR-mütəxəssislər tutsunlar.