Səhiyyə Nazirliyi gənclərlə bağlı tədbirlər planını təsdiqləyib


Digərləri 26 Okt 2017 16:40:00 201 0

Səhiyyə Nazirliyi gənclərlə bağlı tədbirlər planını təsdiqləyib

Səhiyyə nazirinin əmri ilə “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə nazirinin əmri ilə “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı” təsdiq edilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tədbirlər Planına əsasən, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərin artırılması və davranışlarının təkmilləşdirilməsi, gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirlər Planına gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi, gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi, gənclərə psixo-sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, tibb müəssisələrin tikintisi və əsaslı təmiri zamanı sağlamlıq imkanları məhdud gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının artırılmasını sahəsində tədbirləri, gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və s. üzrə fəaliyyətləri əhatə edir.