Putin: "Rusiyada 43 terror aktının qarşısı alınıb"


Dünya 26 Okt 2017 16:35:00 327 0

Putin: "Rusiyada 43 terror aktının qarşısı alınıb"

"Cari ilin ilk 6 ayında terror məqsədli 43 cinayətin və xarici kəşfiyyatın 30 kadrının fəaliyyətinin qarşısı alınıb".

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hərbi, xüsusi rütbə və dərəcələrin tədqimetmə mərasimində bildirib. "Cari ildə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terror məqsədli 43 cinayətin qarşısını alıb, onlarla terrorçu öldürülüb, cinayətkar dəstələrin 800-ə yaxın üzvü həbs edilib. Bundan başqa, 66 terrorçu və ekstermist özək ləğv edilib", - deyə o vurğulayıb.

Rusiya prezidenti əks-kəşfiyyatın gördüyü işlərdən danışarkən deyib: "Cari ilin birinci yarısında əcnəbi ölkələrin 30 kəşfiyyatçısının, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 200-dən çox şəxsin fəaliyyətinin qarşısı alınıb".