Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaq


Sosial 26 Okt 2017 16:20:28 270 0

Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaq

Növbəti il üçün Fonda 4 042 068 manat vəsait ayrılacaq

Gələn ilin dövlət büdəsindən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin həcmi məlum olub.

“Report” xəbər verir ki, 2018-ci il dövlət büdcəsi layihəsinə əsasən, KİVDF-yə növbəti il üçün 4 042 068 manat vəsait ayrılacaq. Bu rəqəm 2017-ci ildə 3 932 544 manat olub.

Beləliklə, gələn il dövlət büdcəsindən Fonda 109 524 manat artıq vəsait ayrılacaq.