Xəzər Dəniz Gəmiçiliyi: Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır (FOTO)


Digərləri 26 Okt 2017 16:24:58 318 0

Xəzər Dəniz Gəmiçiliyi: Azərbaycan sərnişin gəmiləri ilə bağlı məsələni hərtərəfli araşdırır (FOTO)

Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri ilə görüş keçirilib.

Bakı. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər heyəti ilə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib. QSC-dən Trend-ə bildirilib ki, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo” zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Krasnoye Sormovo” zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) Marketinq və satış departamentinin direktoru Dmitri Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Tədbirdə “Krasnoye Sormovo” zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Rusiya çaylarında kruiz sahəsində istimar ediləcək yeni sərnişin gəmisi haqqında ətraflı məlumat verilib. BGK-nin nümayəndələri Xəzərdə istismar ediləcək sərnişin gəmiləri haqqında da danışıblar. Gəmiçiliyin sədri bildirib ki, hazırda Azərbaycan da bu sahədə məsələni hərtərəfli araşdırır. Qeyd edək ki, Rusiyanın “Krasnoye Sormovo” zavodu ilə Azərbaycanın dərin tarixi əlaqələri mövcuddur. Belə ki, 1971-ci ildən Azərbaycan gəmiçiliyi üçün zavodda maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib. “Krasnoye Sormovo” zavodunda Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri üçün 300-ə yaxın sualtı, o cümlədən 26 atom gəmisi tikilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin