Dilçi alimə politoloqdan etiraz: "Embarqo" "qadağa" deyil


Digərləri 26 Okt 2017 16:16:00 247 0

Dilçi alimə politoloqdan etiraz: "Embarqo" "qadağa" deyil

Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşıram.

Mill.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənən bəzi alınma sözlərin Azərbaycan dilində müəyyənləşdirilən qarşılığı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib. O bildirib ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq isə lazım deyil:

"Məsələn, "embarqo" iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi "qadağa" sözü isə "embarqo" termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir. "Embarqo" hər hansı bir dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. "Embarqo" beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır".

Analitik bildirib ki, teminlər iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etməyin mümkün olması üçün yaradılır:

"Yəni "embarqo" sözü "qadağa"dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir. Kompüter mausunun (mouse) qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində "bələdçi" funksiyası var".