Sevdiyi qızın anası ilə illərlə yaxınlıq etdi, sonra isə öldürdü


Digərləri 26 Okt 2017 16:04:00 348 0

Sevdiyi qızın anası ilə illərlə yaxınlıq etdi, sonra isə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Xaçmaz rayon sakini 28 yaşlı Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

İttihama görə, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. 2014-cü ildən etibarən G.Sultanovanın evinə ayaq açan S.Hacıəliyevin ev sahibəsi ilə də aralarında isti münasibətlər yaranıb.

Hadisə baş verən gün S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.