Holland müdafiəçinin "Roma"da debütü uğursuz alınıb


İdman 26 Okt 2017 16:05:00 270 0

Holland müdafiəçinin "Roma"da debütü uğursuz alınıb

"Roma"nın ötən yay transfer etdiyi Rik Karsdorpun paytaxt klubundakı debütü uğursuz alınıb. Goal.az xəbər verir ki, A Seriyasının 10-cu turunda "Crotone" ilə matçın 82-ci dəqiqəsində zədələnən holland müdafiəçi əvəzlənməli olub. Tibbi müayinə 22 yaşlı futbolçunun sol diz bağlarında problem olduğunu aşkarlayıb. Bu barədə "Roma"nın rəsmi saytı məlumat yayıb. Karsdorpun neçə müddət oynamayacağı məlum deyil. Gənc futbolçunun "canavarlar"a transfer olunduğu zaman da menisk problemi vardı.