Könüllü sığorta bazarı üzrə haqlar artıb


Digərləri 26 Okt 2017 16:03:00 276 0

Könüllü sığorta bazarı üzrə haqlar artıb

414 milyon 353 min manat sığorta haqqı toplanıb.

Bakı. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 milyon 580 min manat təşkil edib. Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42.7 manat olub. Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 861 min manat artaraq 281 milyon 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 22 milyon 302 min manat artaraq 147 milyon 726 min manata yüksəlib. İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 846 min manat daha azdır. İcbari növlər üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 694 min manat azalaraq 40 milyon 854 min manat təşkil edib. Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin