Angela Merkel Nazirlər Kabineti formalaşdırılana qədər kansler vəzifəsini icra edəcək
Dünya 24 Okt 2017 15:24:06 303 0
Bu gün Berlində Bundestaqın yeni çağırışının ilk iclası keçiriləcək
"Report" TASS-a istinadən xəbər verir ki, bu gün Berlində Bundestaqın yeni çağırışının ilk iclası keçiriləcək və parlamentin yeni tərkibi formalaşdıqdan sonra hökumətin və kanslerin səlahiyyət müddəti başa çatacaq.
Almaniya konstitusiyasına görə, kanslerin səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentin tələbi olacağı təqdirdə, o, xələfi təyin olunana qədər vəzifələrini icra etməyə borcludur.
Qeyd edək ki, sentybarın 24-də Almaniyada keçirilmiş seçkilərdə Angela Merkelin başçılıq etdityi Xristian Demokratik Birliyi (XDB) Bundestaqın 19-cu çağırışında daha çox yerə (26,8%) sahib olub: 709 yerdən 200-nə XDB partiyasının nümayəndələri seçilib. Sosial Demokrat Partiyası (SDP) 20,5% səslə (153 yer) parlamentdə ikinci say çoxluğu əldə etmiş fraksiya olub. "Almaniya üçün alternativ" partiyası (12,6% səs, 94 yer) ilk üçlüyü qapayır.