Kiyev məhkəməsində iğtişaşlara görə 30 nəfər saxlanılıb


Dünya 24 Okt 2017 14:20:45 294 0

Kiyev məhkəməsində iğtişaşlara görə 30 nəfər saxlanılıb

Polis rəisi: "Hazırda hadisə yerində vəziyyət sakitdir"

Ukrayna paytaxtı Kiyevin Svyatoşinsk rayon məhkəməsinin binasında baş verən iğtişaşlara görə 30 nəfər saxlanılıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyevin polis rəisi Andrey Krişinko bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində vəziyyət sakitdir.

Qeyd edək ki, məhkəmə zalında iğtişaşlar "Ukrayna millətçilər təşkilatının" lideri Nikolay Koxanivskiyə Kiyevdə atəş açdığına görə qətimkan tədbiri seçilən zamanı baş verib. Onun tərəfdarları gecəni məhkəmədə keçirərək zala girişin önündə barikada qurublar.