Canlı yayımda biabırçılıq: 12 yaşlı qızı uşağının atasını dəqiqləşdirmək üçün efirə çıxartdılar FOTO


Dünya 24 Okt 2017 12:54:00 372 0

Canlı yayımda biabırçılıq: 12 yaşlı qızı uşağının atasını dəqiqləşdirmək üçün efirə çıxartdılar  FOTO

Verilişə 11 yaşında hamilə qalıb, 12 yaşında ana olan Tanya adlı qız çıxarılıb

Ukraynada yayımlanan ailə-məişət problemləri ilə bağlı veriliş dünya mediasının diqqətini çəkib.

Son.az Britaniya mediasına istinadla bildirir ki, verilişə 11 yaşında hamilə qalıb, 12 yaşında ana olan Tanya adlı qız çıxarılıb.

Tanya efirə kimdən hamilə olduğunu dəqiqləşdirmək üçün çıxarılıb. Belə ki, canlı yayımda onun DNT testinin cavabları açıqlanacaq.

Qeyd edək ki, Tanya bir müddət əvvəl doğulan qızının qonşunun 18 yaşlı oğlundan olduğunu deyirdi. Oğlan polislər tərəfindən saxlanılıb və edilən test nəticəsində onun günahsız olduğu məlum olunub. 


Xəbərə aid fotolar